Milli dövlətçilik ənənələrinin qorunması və inkişafı liderlərin uğurlu rəhbərliyi ilə bağlıdır. Müstəqil Azərbaycan respublikasının ən uğurlu inkişaf dövrü isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Ölkəni çətin illərdən, iqtisadi tənəzzüldən, vətəndaş müharibəsi təhlükəsindən, ağır münaqişələrdən çıxarmağı bacaran, müstəqil Azərbaycan respublikasının qurucusu, ümummilli lider Heydər Əliyev özündən sonrakı prezidentlik vəzifəsinin layiqli icrasının davamını yalnız İlham Əliyevdə görürdü. 2003-cü il oktyabrın 15-də ölkəmizdə keçirilən prezident seçkilərində İlham Əliyev Azərbaycan xalqının etimadını qazanaraq 76% -dən çox səs topladı. Dövlətçilik ənənələrinin qorunması və inkişafı İlham Əliyevin qarşında duran əsas məqsədlərdən idi. Bu məqsədlərin başlanğıcı isə Heydər Əliyevin apardığı uğurlu siyasətin davamı idi. Dünyanın ən nüfuzlu ali məktəblərindən birində Moskva Dövlət beynəlxalq münasibətlər institutunda alınmış təhsil, həmin institutda göstərilmiş pedaqoji fəaliyyətdə əldə olunmuş bilik və bacarıq, neft sahəsində, Yeni Azərbaycan partiyasında, Avropa şurasında əldə olunan təcrübə artıq prezidentlik vəzifəsində tətbiq edilməli idi. Onun qarşısında xalqının ümidlərini doğrultmaq və ata vəsiyyətini yerinə yetirmək kimi çətin vəzifələr dururdu. Prezidentliyinin ilk vaxtlarında icra etdiyi işlər, İlham Əliyevin Azərbaycan xalqı üçün əsl lider olacağının bariz göstəricisi idi. Prezidentlik dövrünün ilk illərində daxili və xarici siyasətdə əsas məqsədlər uğurla həyata keçirilirdi. Azərbaycanın beynəlxalq arenalarda lazımınca tanınması istiqamətində mühüm addımlar atılırdı. İlham Əliyev hər zaman işğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə qaytarılması istiqamətində beynəlxalq forumlarda, konfranslarda çıxışlar edir ve bu məsələnin həllinin tapılması istiqamətində görüşlər həyata keçirir, Qarabağ məsələsinin arxa plana keçməsinə imkan vermirdi. Xocalıda o cümlədən Qarabağda və digər Azərbaycan ərazilərində törədilmiş erməni vəhşiliyinin dünyaya çatdırılması istiqamətində işlər aparılırdı. Ermənistanın işğalçılığına qarşı bütün müstəvidə aparılan hədəflənmiş siyasət tarixi ədalətin bərpası üçün əsas zəmin rolunu oynayırdı. 2008- ci ildə İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalq prezidentinə ən yüksək səviyyədə etimad göstərirdi. İlham Əliyevin elm, idman, səhiyyə, iqtisadiyyat , mədəniyyət sahələrində apardığı siyasəti ölkəmizin uğurlu inkişafı üçün zəmin yaradırdı. Ölkədə aparılan quruculuq işləri,minlərlə infrastruktur obyektlərinin, məktəblərin, xəstəxanalarin tikilməsi; qaz, elektrik,su xətlərinin çəkilməsi; yolların salınması və bərpası xalqın ümumi rifahının yüksəldilməsinə xidmət edən amillər idi. Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən xüsusi diqqət isə her zaman göz önündə idi. İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan xaos, qanlı toqquşmalar, inqilablar, siyasi-iqtisadi maliyə böhranlarının baş verdiyi ölkələrdən fərqli olaraq suveren ölkə kimi günbəgün sürətlə inkişaf edirdi. Beynəlxalq tədbirlərdə Azərbaycanın tolerant, multikultural ölkə olduğu bütün dünyaya çatdırılırdı. Artiq ölkəmiz beynəlxalq idman yarışlarına, tədbirlərə, musiqi festivallarına uğurla ev sahibliyi edirdi. 2013-cü ildə İlham Əliyevin üçüncü dəfə prezident seçilməsi isə ona göstərilən və dəyişilməyən xalq sevgisinin təcəssümü idi. Onun rəhbərliyi altında Azərbaycan artıq dünyanın inkişafda olan qabaqcıl ölkələri sırasında ön mövqelərdə dururdu.İlham Əliyevin təşəbbüsü ilə inkişafa istiqamətlənən irimiqyaslı layihələr həyata keçirilirdi. 2018-ci ildə İlham Əliyevin xalqın etimadını qazanaraq 86 %-dən çox səs toplayaraq prezident seçilməsi ona göstərilən xalq sevgisinin kuliminasiyası idi. Bu sevgini rəhbər tutan İlham Əliyev prezidentlik fəaliyyətini bu gündə uğurla davam etdirir. Əhalinin rifah halının daha da yaxşılaşdırılması, ordu quruculuğu və effektiv daxili- xarici siyasətinin daha da uğurlu inkişafı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas prioriteti olaraq qalırdı. Ordu quruculuğu İlham Əliyevin hər zaman xüsusi nəzarəti altında olan məsələ idi. Çünki güclü orduya malik olmaq, torpaqları işğalda qalmağa davam edən dövlətin danışıq mərhələsində və döyüş prosesində güclü olmaq mühüm amil idi. İlham Əliyev Qarabağ məsələsinin həllinə yönələn bütün danışıqlar prosesində qətiyyətlə öz ölkəsinin suverenliyini müdafiə edir, tezliklə bu məsələnin həllinin tapılmasını tələb edirdi. Ermənistanın qətliamçı rəhbərliyini apardığı beynəlxalq hüququ tanımayan yöndəmsiz siyasət bu münaqişənin həllinə mane olurdu. Artıq Ermənistanın son illərdə sülh danışıqlarında iştirak etməməsi, gündən-günə artırılan təxribatlar və yeni müharibəyə başlamaq planı bu münaqişəni pik həddə çatdırdı. İlham Əliyevin sentyabrın 27-də ermənilərin törətdiyi təxribatların qarşısını almaq məqsədi ilə bütün cəbhəboyu istiqamətlərdə əks- həmlə əməliyyatlarının yerinə yetirilməsi üçün verdiyi əmr zəfərin başlanğıcı, 30 illik işğalın sonu idi. Xalq öz prezidentinə güvənir və onun bu qərarını dəstəkləyirdi. Müharibənin gedişatı prosesində xalq- prezident birliyi qələbəni günbəgün yaxınlaşdırırdı.Ali baş komandanın rəhbərlik etdiyi müzəffər ordusu isə onun çoxdan gözlənilən bu əmrini xüsusi həvəslə yerinə yetirirdi. Artıq Azərbaycan ordusunun qarşında keçilməz əngəl, aşılmaz sədd yox idi. İlham Əliyevin diplomatiya cəbhəsində apardığı qətiyyətli mübarizəsi anti-Azərbaycan siyasəti yeridən düşmən havadarlarının susdurulması ilə yekunlaşdı. Rəşadətli Azərbaycan ordusunun əzmi, xalqın öz prezidentin ətrafında birliyi ilə qazanılan bu qələbə əsrin qələbəsi, tarixi ədalətin bərpası idi. Prezidentlik illərində qarşıya qoyulan ilk məqsədlərdən biri olan ata vəsiəti və xalqın ümidlərinin gerçəkləşdirilməsi məqsədi artıq uğurla yerinə yetirilmişdir. Dünya liderlərinin də etiraf etdiyi kimi İlham Əliyev xalqını xoşbəxt görmək istəyən həqiqi keyfiyyətlərə malik olan əsl lider və ölkəsini suveren şəkildə qorumağı bacaran güclü siyasətcidir. Azərbaycan xalqı öz prezidenti ilə fəxr edir!Natəvan Quliyeva,Xocalı rayonunu Kosalar kənd tam orta məktəbin müəllimi